www.nice.az > Dəb > Tumanda tanrı şəkli Hindistanı çalxaladı

Tumanda tanrı şəkli Hindistanı çalxaladı


11 may 2011. Müəllif: NiXaTo
Hindistanlıları Avstraliyadakı modalar evinin "novator" addımı hirsləndirib.

"Asian Times"ə istinadən bildirir ki, qadınlar üçün çimərlik paltarları istehsal edən "Lisa Blue" şirkəti Hindistanda böyük qalmaqal yaradıb. Şirkət Avstraliyanın Sidney şəhərində keçirilən moda həftəsində məhsullarını nümayiş etdirib.

Çimərlik geyimlərinin birin üstündə isə hindlilərin sitayiş etdikləri və ən çox sevdikləri tanrılardan biri Lakşminin şəkilləri vardı.

"Rosemount Australian Fashion Week" moda həftəsindəki Lakşmi şəkilli çimərlik paltarının nümaşiyindən xəbər tutan on minlərlə hindli Hindistanda küçələrə çıxaraq etiraz aksiyaları keçiriblər, Avstraliyanın bayrağını yandırıblar.

Mərkəzi ofisi Avstraliyanın Bayron Bey şəhərində yerləşən şirkət artıq üzr istəyib və bildirib ki, üzərində Lakşminin şəkli olan çimərlik paltarları satışa çıxarılmayacaq.


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.



Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.



Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.