www.nice.az > İslam Dünyası > Dini kəlamlar

Dini kəlamlar


2 fevral 2011. Müəllif: Sparrow
Dini kəlamlar

Dini kəlamlar

1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir.

2 - Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz; Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir.

3 - Yol yeridikdә tәlәsmәk, mö`minin dәyәrini aradan aparar.

4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz.

5 - Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir.

6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәl`undur.

7 - İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır.

8 - Gözәllik dildәdir.

9 - Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır.

10 - Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi.

11 Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin.

12 - Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr.

13 - Allah?taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin.

14 - Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir:

(Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn;
(İkinci): �?sәblәşdikdә haqdan kәnara çıxmayan;
(Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan.

15 - Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır.

16 - Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır.

17 - Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır.

18 - Gülәrüzlü olmaq kinlәri aradan aparar.

19 - Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hә
yası isә nadanlıqdandır.

20 - Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vә`dinə әmәl etmәlidir.

21 - �?mәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər.

22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır.

23 - Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər vә Allah?taala qәzәbә gәlər.

24 - Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar.

25 - İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir.

26 - Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.

27 - Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.

28 - Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir.

29 - Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir.

30 - Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı qardaş vә halal pul olacaqdır.

31 - Qur`anın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir.

32 - Peşimançılıq tövbә (etmәk) -sayılır.

33 - İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir.

34 - Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) ? dir.

35 - Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.

36 - Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә.

37 - Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdә, sәnә kömәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim.

38 - Biz �?hli?beytin mürüvvәti bizә zülm edәnlәri әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir.
39 - Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar.

40 - Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tә`riflәyin ki, tә`riflәmәk (dә bir növ) yaxşılıq saylır.

41 - Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir.

42 - �?n yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir.

43 - Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar.

44 - Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar.

45 - Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər.

46 - Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir.