www.nice.az > İslam Dünyası > Namaz haqqında

Namaz haqqında


30 yanvar 2011. Müəllif: Sparrow
Namaz haqqında

Namaz haqqında


NAMAZ NƏDİR?
Qur,ani Kərim: Cənnətə gedənlər cəhənnəmə gedənlərdən soruşar: Sizi hansı əməllər gətirib çıxartdı bura? Nə işlər gördünüz ki, siz bu gün mükafatlar verilən gün mükafatdan məhrumsunuz, əzaba doğru gedirsiniz. Onlar bir neçə səbəb saydılar, biri də bu idi ki, biz namaz qılmazdıq – Ənkəbut sürəsi.

Namaz – Allah üçün ən üstün ibadətdir.
Namaz – Allahla bir ünsiyyət vasitəsidir.
Namaz – İnsanın Allah-Təalaya olan mənəvi borcunu qaytarmasıdır.
Namaz – İnsanın mə’nəvi qidasıdır.
Namaz – İnsanın ruhunun paklaşması, ( qəlbinin təmizlənməsidir ).
Namaz – Günahlarının azalmasının səbəbidir.
Namaz – Savab işlərin çoxalmasıdır.
Namaz – İnsanın Allah qüdrəti qarşısında özünü zəif, zəlil bilməsidir.
Namaz – Həyatda insanın düzgün yol tutmasının başlanğıcıdır.
Namaz – Cənnətin açarıdır.
Namaz – Müsəlmanlığın .
Namaz – Cəmiyyətin islahıdır.
Namaz – Günahlara qarşı bir qalxandır.
Namaz – Mö’minin Me’racıdır.
Namaz – Ölümdən sonraki həyat üçün bir tədarük, azuqə, hazırlıqdır.
Namaz – İnsanın narahatçılığını aradan aparan bir vasitədir.
Namaz – İnsanın özünü dərk etməsi üçün bir vasitədir ( özünü dərk edən isə Yaradanı dərk edə bilər).
Namaz – İnsan ömrünün bərəkətidir.
Namaz – İnsan ömrünün alicənablığıdır. (yəni, mö’min şəxsin yaşadığı mühitdə sərf, ləyaqət, hörmət qazanmasıdır ).
Namaz – Bədən rahatlığıdır.
Namaz – Fiziki sağlamlıqdır
Namaz – İnsan əsəblərinin sakitləşməsidir.
Namaz – Allahın insanların üzərinə qoyduğu vacib, mühim bir tapşırıqdır.
Namaz – Məcburi deyil, ancaq vacibdir. ( necə ki, yemək, yatmaq, elm öyrənmək, çörəkpulu qazanmaq və s. Insan üçün məcburi deyil, amma vacibdir.
Namaz – Qılmayan günah etmiş olur, və qiyamət günü cavab verməli olacaq.
Namaz – Qiyamət günü insanlara veriləcək ən birinci sualdır.
Namaz – Allah insanlarının razılığının səbəbidir.
Namaz – Şeytanın acığı gələn bir işdir.
Namaz – Dua və əməllərin qəbul olmasının səbəbidir.
Namaz – İnsan əxlaqını gözəlləşdirən bir əməldir.

Əziz özünü müsəlman bilən bacı və qardaşlarımız!
Bu yazılanları oxuduqdan sonra nəticə çıxarın!
Sonra deməyinki biz bilmədik, bizə demədilər. Allah sizi namaz qılanlardan etsin.
Amin ya rabbəl aləmin!!!