www.nice.az > İslam Dünyası > Əhli-beyt

Əhli-beyt


27 yanvar 2011. Müəllif: Muslim_Girl
Əhli-beyt


Ərebcədən tərcüməsi "ev əhli" deməkdir. Dini terminologiyada "Əhli-beyt" ifadəsi Peyğəmbərimizin (s.ə.s)
ailə üzvlərinə şamil olunur. Həzrət Muhəmməd (s.ə.s) səhih hədislerində Quranla yanaşı,
öz Əhli-Beytini müsəlmanlara əmanət edib ki, peyğəmbərdən sonrakı dönəmlərdə yaşayan
müsəlmanlar qarşıya çıxan məsələlərdə onlara müraciət edərək suallarına cavab tapsınlar.
Məhz Peyğəmbər ailəsi hamıdan çox Peyğəmbərin tərbiyəsi ilə tərbiyələnib, verdiyi biliklərlə elmləniblər.
Peyğəmbər Əhli-Beyti elmdə elə bir ucalığa yetişiblər ki, Allah onlar haqda Quranda buyurur:
" Siz ey Əhli-Beyt! Allah sizdən çirkinliyi yox etmək ve sizi pak etmək istər! ".
Peyğəmbərimizin hədislərindən ayədəki "Əhli-beyt" ifadəsinin əslində kimlərə şamil olunduğu açıqlanır.
Hədislərin birində deyilir:" Peyğəmbərin xanımı Ümmü-Sələmin evində yuxarıdakı ayə nazil olanda
Peyğəmbər Fatiməni (e), Həsəni (e), Hüseyni (e) çagırıb ebasına bürüdü və dedi:"Allahım ,bunlardır
mənim Əhli-Beytim və mənə xas olanlar! Onlardan günahı yox et və onları pak et!".
Ümmü-Sələm dedi:" Mən də onlarlayam?"
Peyğəmbər dedi:"Sən yerində qal, sən xeyirdənsən".


ALLAH bizləri Əhli-beyti sevənlərdən qərar versin AMİN