www.nice.az > İslam Dünyası > Dovşan əti niyə haramdır?
Dovşan əti niyə haramdır?6 yanvar 2011. Müəllif: GATTAKA |
Sual: Dovşan əti niyə haramdır? "Əhlibeyt fiqhində dovşan edinin haram olduğunu eşitmişik. Ancaq bunun həm haramlığının hədislərdən dəlilini həm də fəlsəfəsini bizlərə açıqlasanız məmnun olarıq." ![]() Cavab: Bismilləhir-rahmənir-rahim Dovşan ətiinin haram olduğuna dair bir çox hədis nəql edilmişdir ki eyni zamanda bunların bir çoxunda dovşan ətinin niyə haram olduğu da açıqlanmışdır. Əhlibeyt məktəbinin fəqihləri bu hədislərə söykənərək dovşan ətinin haram olduğunda icma və ittifaq etmişlər. Bu hədislər iki qisimdir bir qisimində dovşanın sığal çəkilən heyvanlardan olduğu, digər qisimində isə sığal çəkilən heyvanların hamısının haram qılındığı bəyan edilməkdədir. İndi bu hədislərdən bəzi nümunələr verməyə çalışacağıq: ![]() 1- Hz. Əlidən (ə.s) belə nəql edilmişdir: "Rəsulullahdan (s. a. a) sığal çəkilmişlərin nə olduğunu soruşduğumda, belə buyurdu: "Bunların sayı on üçdür və bunlardan ibarətdir: Fil, ayı, donuz, meymun, ankvil balığı, kərtənkələ, yarasa, lavra, əqrəb, hörümçək və dovşan" (Vəsail-üş Şiə, c. 16, s. 317) 2- İmam Musa Kazımdan (ə.s) belə nəql edilmişdir: "Sığal çəkilmişlər on üçdür: Fil, ayı, dovşan, əqrəb, kərtənkələ, hörümçək, lavra, ankvil balığı, yarasa, meymun, donuz. Dovşan, aybaşı, cənabət və s. deyil qüsl edib təmizlənməyən bir qadın idi. (Yəni o qadın dovşan şəklinə çevrilmişdir.) (Vəsail-üş Şiə, c. 16, s. 317) 3- İmam Cəfəri Sadiq (ə.s): "Allah və Elçisi sığal olmuş bütün heyvanları haram etmişdir." ( əl-Kafi, c. 6, s. 247) 4- İmam Riza (ə.s): "Dovşanın haram qılınış səbəbi budur ki onlar da pişiklər kimidir. Eyni pişiklər kimi və vəhşi heyvanlar kimi pəncələri vardır. Buna görə onlar kimi sayılmışdır. Ayrıca olaraq özü də murdardır. Çünki qadınlar kimi aybaşı olmaqdadır. Çünki o sığal olanlardandır." (Vəsail-üş Şiə, c. 16, s. 316) ![]() Qeyd: Sığal sığaldan məqsəd, İslam əvvəli bəzi insanların və ya ümmətlərin etdikləri günahlardan ötəri Allah tərəfindən bir cəza olaraq cinsiyyətlərinin bəhsi keçən bəzi heyvanların cinsiyyətinə çevirməsidir. Bu cəza İslam ümmətində, İslam Peyğəmbərinin hörmətinə qaldırılmışdır. Hərçənd bir iki dənə hədisdə dovşan ətinin məkruh olduğu deyilsə də bu hədislər alimlərimiz tərəfindən təhkiyyə olunub. |