www.nice.az > İslam Dünyası > Mələklər
Mələklər28 iyun 2009. Müəllif: XP |
![]() Cəbrail Mələk: Mələklərin ən böyüyüdür. Vəzifəsi Allah ilə Peyqəmbər arasında elçilik etmək, Allahın kitablarını Peyqəmbərlərə gətirməkdir. Kitabımız "Quran-i Kərim"i Allahdan Peyqəmbərimizə gətirən Cəbrail Mələkdir. Cəbrail, bu vəzifəni yerinə yetirərkən Peyqəmbərimizə müxtəlif şəkillərdə və surətlərdə gəlirdi. Bir çox dəfə insan şəklində öz vəzifəsini yerinə yetirirdi. Insan şəklinə girdiyi zaman daha çox Dıhye adlanan səhabə geyimində, bəzən də normal bir bədəvi olaraq gəlirdi. "Cibrîl hədisi" deyə bilinən hədisdə Hz. Peyqəmbərin (s.a.s) yanına bədəvi ərəb olaraq gəlmişdir. Mikail Mələk: Təbiət hadisələrinin idarə olunması ilə vəzifəlidir. İsrafil Mələk: Qiyamətin qopması və insanların öldükdən sonra dirilməsi ilə vəzifəlidir. Əzrail Mələk: Ömrü sona çatmış insanların canlarını almaqla vəzifəlidir. Digər Mələklər: Bu 4 mələkdən başqa hər bir insanın yanında olan və daima onun kiçik, böyük, gizli və aşkar etdiyi bütün işləri yazan mələklər vardır. Kiramən Katibin: Bu iki Mələkdir. Biri Insanın sağında, digəri insanın solunda olur. Insanın sağındakı Mələk insanın yaxşı işlərini, solundakı Mələk isə pis işlərini yazır. Münkər və Nəkir: Bunlar insan öləndən sonra qəbirdə insanlara sual verməklə vəzifəlidirlər. Ridvan Mələk: Cənnətdəki Mələklərin Başçısıdır. Malik Mələk: Cəhənnəmdəki Mələklərin Başçısıdır. Mələlklərə inanmaq, müsəlmanlıqın iman və etiqat əsaslarındandır. Inanmayan, müsəlman ola bilməz; inkar edən də dindən çıxmış sayılır. Böyük Allah belə buyurur:"Hər kim Allaha onun Mələklərinə, Peyqəmbərlərinə, Cəbrailə və Mikailə düşmən olsa Allah da kâfirlərə düşməndir." (əl-Bakara 2/98). |