www.nice.az > İslam Dünyası > Əsl Sevgim(iz)

Əsl Sevgim(iz)


21 dekabr 2010. Müəllif: Muslim_Girl
Əsl Sevgim(iz)


Sevgi yoxdur deyənlərə...

Sevgi yoxdurmu? Niyə? Bəs "O" nu sevmirsənmi?

Qürurum sevgimdən önəmlidir deyənlərə, bəs diz çökmürsünüzmü, əl açmırsınızmı

Onun önündə? Günahlarının əhvini diləmirsənmi? Əl açmırsanmı bir dilənçitək

Ona? Qəlbini açmırsanmı Ona? Yoxsa göz yaşıdamı tökmürsən onun qarşısında?

Sevmirsən? Qorxmursanmı sən Ondan?

Yoxsa onun göndərdiklərinimi danırsan?

Ya əməl etmirsənmi onun buyurduqlarına?

Onun əmirlərinəmidə tabe olmursan?

Hər gecə göz yaşı tökdüyün insan yerinə, bəlkə günahların için ağlayasan hə?

Bax, odur əsl sevgim(iz)..Yalnız O.

O xəyanət etməz!

O, əhv edəndir!

O, etdiklərimiz gözəl əməllər üçün bizi müjdələyəndir!

O, minnətsiz və təmənnasız sevər bəndələrini!

O, savablarımız üçün bizi mükafatlandırandır!

Hər an, hər saniyə bizimlə olanda Odur.

Əl açdığımızda, əlimizi boş geri çevirməyəndə Odur.

O Rəhimlidir!

O, Rəhimdir!

O, bağışlayandır!

O, mehribandır!

Böyükdür Onun lütfü, sevgisi.

Həyatım(ız)da yeganə gerçək sevgidir O.

Bu gerçək sevgimizi itirməməyimiz və həmişə onu qəlbim(iz) də daşımağımız diləyi ilə.....