www.nice.az > İslam Dünyası > Şeytan bu 20 insana düşməndir

Şeytan bu 20 insana düşməndir


1 dekabr 2010. Müəllif: HiTMaN
İbni Abbasın bildirdiyinə görə Peyğəmbər əfəndimiz Sallallahu Əleyhi və Səlləm: şeytannan soruşdu:
Ümmətimdən düşmənlərin neçə dənədir?
Şeytan dedi:
20 dənədir, deyə cavab verdi


*Birincisi sənsən ya Məhəmməd ! Heç şübhəsiz mən sənə baş əyərəm edərəm

*Elmiylə əməl edən alim

*İçindəkilərlə əməl edən Quran hafizi

*Allah rizası üçün gündə 5 vaxt namaza azan oxuyan

*Kasıbların, miskinlərin və yetimlərin dostu olan

*Mərhəmətli bir ürəyə sahib olan kimsə

*Haqq üçün çalışan kimsə

*Allahu Təalaya ibadət edərək böyüyən gənc

*Halal yeyən biri

*Allah rizası üçün bir-birini sevən iki gənc

*Namaza və camaata düşkün olan kimsə

*İnsanlar yatarkən gecə qalxıb ibadət edən kimsə

*Özünü haramdan qoruyan

*Nəsihət verən və ürəyi təmiz olduğu halda qardaşlarına dua edən kimsə

*Daim dəstəmazlı dayanan kimsə

*Cömərd olan

*Əxlaqı gözəl olan

*Allahın, özü üçün kəfil olduğu şeydə Allahı təsdiq edən

*Dul qadınlara yaxşılıq edən

*Ölümə hazırlıq edən adam