www.nice.az > İslam Dünyası > Ruhla bədən arasındakı əlaqə
Ruhla bədən arasındakı əlaqə11 oktyabr 2010. Müəllif: krik |
İnsan ruhla bədənin vəhdətindən ibarət olduğuna görə bədənlə ruh arasında sıx bir əlaqə var. Düzgün yuxu bu əlaqənin ən aşağı dərəcəyə düşdüyü vaxtda – bədənin dincəldiyi və ruhun rahatlıq tapdığı bir anda görülür. Ruh bu vəziyyətdə onu məşğul edən şeylərdən və gündəlik həyatdakı hadisələrin təsirindən uzaqlaşmış olur. Biz bunu peyğəmbərimizin aşağıdakı sözündən başa düşürük: “Ən sadiq yuxu səhər vaxtlarında görülən yuxudur†Səhər vaxtı bədən dincəlmiş, mədə boş, beyin və ruhun məşğuliyyəti ən aşağı dərəcəyə enmiş olur. İnsanın fiki-zikri bir şeyə yönəlibsə, yaxud bir məsələ onun şüurunda özünə yer edibsə, bu, yuxu kimi görülə bilər. Məsələn, bir qıza aşiq olan və onunla evlənmək xəyalları quran bir oğlan yuxusunda o qızla evləndiyini görə bilər. Lakin bu, həqiqi yuxu olmaz. Şeytan Allahdan insanları yoldan çıxartmaq üçün səlahiyyət aldığına görə öz işini yuxuda da davam etdirə bilər. Peyğəmbərimiz belə buyurub: “Yuxu üç növdür: Biri səhih yuxudur; bu, Allahdan bir müjdədir. İkincisi insanın ruhu ilə danışması, başqa sözlə, bədənin ruha pıçıldamağıdır. Üçüncüsü isə şeytanın insanı kədərləndirməsidir. Əgər sizin biriniz yuxuda xoşuna gəlməyən (xoşagəlməz) bir şey görsə, durub namaz qılsın və o yuxunu heç kimə deməsin†Peyğəmbərimizin bu məsələ ilə əlaqədar digər bir sözü belədir:. Aranızdan bir nəfər xoşuna gələn bir yuxu görsə, bilsin ki, o yuxu Allahdandır. Bunun üçün Allaha həmd edib həmin yuxunu danışsın. Bundan başqa xoşuna gəlməyən bir şey görsə, bu, şeytandandır. Şeytanın şərrindən Allaha sığınsın və yuxusunu heş kimə danışmasın. O yuxu ona zərər verməz†|