www.nice.az > İslam Dünyası > Sən bagışlayansan
Sən bagışlayansan21 sentyabr 2010. Müəllif: krik |
![]() Ey Rəbbim, məni bağışla. Ancaq mənə əziyyət verən fikirləri yazmaq qərarına gəldim. Nəyə görə bu fani dünyamız belə haqqsızdır? Namaz qılan, oruc tutan və ən əsası səndən qorxan insanın təbii ki yeri cənnətdir. Amma müqəddəs Qur`ani Kərimdə şeytana uyan, pis bir insanı Sən tövbə etməyə çağırırsan. O şəxs ki qumar oynayır, zina edir, içki içir, insanlara ağıla sığmaz pislikər etməklə gününü keçirir. Sonra namaza gəlir, oruc tutur, ibadət edir və ən sonda həci statusu almaq üçün ziyarətə gedir. Sən onun tövbəsini qəbul edirsən. Çünki, ey böyük Allahım, Sən bağışlayansan! Tövbəsi qəbul olunmuş şəxs gözəl məkana Cənnətə daxil olur. İnşallah hamımıza müqəddəs kitabda adı çəkilən Cənnətlərin biri qismət olar. Lakin, ey uca Tanrım, nəyin haqqlı, nəyin haqqsız olduğunu Sən yaxşı bilirsən... Əgər bir şəxsiyyətsiz insan mömin bir insana pislik etsə, əsl Cəhənnəm oduna layiq olarsa və ömrünün son illəri Sənə dua edib, Sənin Peğəmbərimizə nazil etdiyin Qur`ani Kərimdə Əmr etdiyin hər bir hökümə riayət edir. Və sonda, bəlkə onun etdiyi dualar qəbul olunur, Sən onu bağışlayırsan. O, Cənnətlərin birinə düşür. Onu bizim bilmədiyimiz meyvə ağacları, əvvəllər ins-cins əli toxunmamış hürilərin əhatəsində olur, hər bir möminin arzusunda olduğu bildirçin ətini xurma ağacının altında ləzzətlə yeyir. Birdən gözü pislik elədiyi insana sataşır. Fani dünyada özünə qarşı pislik görən, Axirətdə ədalətlə rastlaşacağını ümid edən, əməlləri ilə Cənnət qazanmış insan özünü necə hiss edəcək? Ey Rəbbim, Sən hər şeyi bilənsən, hikmət sahibisən!!! Ən layiqli höküm verən SƏNSƏN! |