www.nice.az > İslam Dünyası > Cümə günü

Cümə günü


20 avqust 2010. Müəllif: K_I_V_A_N_C
Cümə günü

Cümə günü

Quran:
«And olsun şəhadət verənə və şəhadət verilənə». (Buruc surəsi, ayə 3)


Hədis:

Allahın Peyğəmbəri (s): «Cümə günü günlərin ağasıdır və o Allah-Taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir». (Biharul-ənvar, c.89, səh.267, hədis 5)

İmam Əli (ə): «Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər». (Biharul-ənvar, c.104, səh.73, hədis 24)

İmam Baqir (ə):
« Həm xeyir, həm də şər cümə günü ikiqat artar». (Biharul-ənvar, c.89, səh.283,hədis 28)

İmam Baqir (ə):
«Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür. (Səvabul-əmal, səh.220, hədis 1)

İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür». (Məanil-əxbar, səh.299, hədis 18 )

Cümə qüsulu

Allahın Peyğəmbəri (s): «Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur». (Biharul-ənvar, c.81, səh.129, hədis 18)