www.nice.az > İslam Dünyası > Kəlamlar 2
Kəlamlar 229 iyul 2010. Müəllif: Ice |
![]() 1.Peyğəmbər (s) buyurub:"Hər şeyin bir bəzəyi vardır. Quranın bəzəyi də gözəl avazdır". 2.Muhəmməd Baqir (ə) buyurub:"Zülmdən qorxun. Çünki məzlumun duası göylərə yüksəlir". 3.Muhəmməd Baqir (ə) buyurub:"Hər şeyin bir baharı vardır. Quranın baharı isə "Ramazan ayıdır" ". 4.Əbul-Həsən (ə) buyurub:"İnsanları sevmək ağılın yarısıdır". 5.Peyğəmbər (s) buyurub:"Salam vermək istəyə bağlıdır, salam almaq isə vacibdir". 6.Cəfəri Sadiq (ə) buyurub:"Möminin gülməsi təbəssümdən ibarət olmalıdır" 7.Peyğəmbər (s) buyurub:"Yaxşılıq qonşuluq, əmin-amanlıq və uzun ömürlük deməkdir" 8.Cəfəri Sadiq (ə) buyurub:"Od odunu yediyi kimi həsəd də imanı yeyər" 9.Cəfəri Sadiq (ə) buyurub:"Allah Təala qəzəbini saxlayan kimsənin eyiblərinin üstünü örtər". 10.Peyğəmbər (s) buyurub:"Öyünmək və özünü bəyənmək şərəfi yeyib qurtaran fəlakətdir". 11.Peyğəmbər (s) buyurub:" "La ilahə illallah" - demək ibadətlərin ən xeyirlisidir". |