www.nice.az > İslam Dünyası > Kəlamlar

Kəlamlar


19 iyul 2010. Müəllif: Ice
Kəlamlar

1.Əli (ə) buyurub: "Dinə ən çox kömək edən əxlaq, dünyada zahidlik həyatı yaşamaqdır".
2.Peyğəmbər (s) buyurub:"Ruzinin az miqdarı ilə kifayətlənən müsəlman xoşbəxtdir".
3.Peyğəmbər (s) buyurub:"Allah Təala tələsik edilən xeyirli işi sevir"
4.İmam Rza (ə) buyurub:"Allah Təala bir mömini üzüntüdən xilas edənin qəlbini qiyamət günü üzüntüdən xilas edər".
5.Peyğəmbər (s) buyurub: "Savabı ən tez verilən xeyirli əməl, qohumluq əlaqələrini qorumaqdır"
6.Peyğəmbər (s) buyurub:"Ağ saçlı bir müsəlmana hörmət etmək, Allaha hörmət etməkdir".
7.Əli (ə) buyurub:"Yoxsulluq mömin bəndəyə atın yanağındakı tüklərdən daha cox yaraşır".
8.Muhəmməd Baqir (ə) buyurub:"Bəndə günah işlətdikdə, ruzi ondan uzaqlaşdırılar".
9.Peyğəmbər (s) buyurub:"Təəssübkeşlik edən artıq iman ipini boynundan çıxarmışdır".
10.Əli (ə) buyurub:"Hiylə və aldatmaq cəhənnəmə daxil olmağa səbəb olmasaydı, sübhəsiz, mən insanların ən hiyləgəri olardım".
11.Əli (ə) buyurub:"Qohumlar əlaqələrini kəsdikdə, sərvət pis şəxslərin əlinə keçər".
12.Peyğəmbər (s) buyurub:"İstiğfar(məğfirət diləmək) duaların ən xeyirlisidir".

Kəlamlar

Gündəlik dua(şəkildədir)