www.nice.az > İslam Dünyası > Allah

Allah


7 aprel 2010. Müəllif: Ancelas
Allah

Ey nəfsi əlində giriftar olan! Mən sənin fitrət nurunam! Etdiyin günahlar səni hər gün öz yaradanından bir addım uzaqlaşdırır! Lakin sən buna əhəmiyyət vermirsən! Unutma! Unutma, unutma ki, sən ilk dəfə gəldiyin yerə qayıdacaqsan! Burda qonaqsan, bir gün gələcək sən bu dünyada olmayacaqsan! Elə isə RƏBBİNƏ tərəf qayıdacağın günə hazır ol! Bəsdir ömrü boş-boşuna xərclədin, ömrünün qədrin bil!
Unutma! Unutma, unutma ki, çəkdiyin hər bir nəfəs, əcəlinə doğru bir addımdı, hər nəfəs aldıqca əcəlinə bir addım daha da yaxınlaşırsan! Elə isə ömrünü “ULU YARADAN”-nın razılığı olmayan olmayan işlərdə sərf etməyə dəyərmi??? Bu gününə bir nəzər sal! Rəbbinin razılığı üçün nə etmisən? Bu gün “QURAN”-dan 50 ayə oxudunmu? Peyğənbərinə, imamlarına 1000 salavat göndərdinmi? Gecə namazı qıldınmı? Bir yetimi sevindirdinmi? Heç sədəqə verdinmi? Ata-anana yaxşılıq etdinmi?
Ey insan ayıl qəflətdən, səni günahlar salır qəflətə... Özünü haqq dərgahından hara qaçıra bilərsən axı? İnsanlardan, hər şeydən qaça biılərsən amma Rəbbimdən əsla... Hara qaçsan Rəhman Allahın mülküdür. Sən heç düşünürsənmi ki, Allahın mülkində etdiyin günahlar ilə Allaha qarşı hörmətsizlik edirsən...?! Ey insan! Yaxşı düşün hər etdiyin addımı! Bu atdığın addım səni yaxşılığa da, pisliyə də doğru aparar ona görə də atacağın addımı düşün sonra at...!

ALLAH böyükdür və yalnız O UCA YARADAN
hər şeyi görür və bilir!!!