www.nice.az > İslam Dünyası > Əsl Müsəlman kimdir?

Əsl Müsəlman kimdir?


6 fevral 2010. Müəllif: krik
Əsl Müsəlman kimdir?

Müsəlman...
Gizli gizli göz yaşı tökən, Rəbbinə bol bol secde edəndir.
Müsəlman...
Sadəcə çətinliyə düşənde yox həmişə Rəbbinə yönələndir.
Müsəlman...
Allahı sevən, Allah üçün yaşayandır.
Müsəlman...
Sözdə yox əməlləri ilə müsəlmandır.
Müsəlman...
Duanı vacib sayan, yaxşılığı əmr edən, pislikdən uzağlaşdıran, yalnız Allahın rizasini qəbul edəndir.
Müsəlman...
Hadisələrə mərhəmət gözüylə baxan, hikmətləri axtaran və görəndir.
Müsəlman...
Sədəqə verən, yaxşılığı sevən, pisliklərden uzaq durandır.
Müsəlman...
Qonşusu ac özü tox sabahlamayan, kimsənin ayıbını axtarmayandır.
Müsəlman...
Xoş niyyətli, gözəl görən, gözəl düşünən və doğruları müdafiə edəndir.
Müsəlman...
Qarşılıq gözləmədən yaxşılıq edən, özünün etdiyi yaxşılığı unudan, özünə edilən yaxşılıqları görəndir.
Müsəlman...
Özünə baxanda Allahı xatırlayan, gülər üz olan, qarşısındakını dinləyəndir.
Müsəlman...
Allahın sevdiklərini sevəndir.
Müsəlman...
Müsəlman kimi yaşayıb, müsəlman kimi öləndir.