www.nice.az > İslam Dünyası > Əbədi öyüd... [2]
Əbədi öyüd... [2]20 dekabr 2012. Müəllif: Menekşe |
![]() Allah-təalanın me’rac gecəsi Peyğəmbərə (s) bəyan etdiyi hədis və moizələrdən istifadə etdikdən və peyğəmbərin (s) öz ən üstün səhabələrindən olan Əbuzərə (r) moizəsi ilə qəlbimizi işıqlandırdıqdan sonra Allah-təalanın yardımı ilə Əmirəl-mö’mininin (ə) öz sevimli oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətləri haqqında söhbət edəcəyik. Bu vəsiyyət mərhum Məclisinin “Biharul-ənvar†(“Biharul-ənvarâ€, c. 74, səh. 200) kitabında nəql olunmuşdur. Bu vəsiyyəti mərhum Hərrani “Tuhəful-uqul†(“Tuhəful-uqulâ€, səh. 31) kitabında azca fərqlə zikr etmişdir. Bu nəsihət mərhum Seyyid Rəzi tərəfindən tərtib edilmiş “Nəhcül-bəlağəâ€yə (“Nəhcül-bəlağəâ€, məktub: 31) daxildir. Əlbəttə ki, bu hədislə başqa kitablarda da rastlaşırıq. Bu nəsihətlər əksər mənbələrdə Əmirəl-mö’mininin (ə) həzrət imam Həsən Müctəbaya (ə) vəsiyyəti kimi təqdim olunur. Maraqlıdır ki, bə’zi mənbələrdə həzrət Əlinin (ə) bu vəsiyyətlə Məhəmməd Hənəfiyyəyə müraciət etdiyi bildirilir. Qarşıdakı söhbətlərimizdə bu ehtimalı araşdıracağıq. Bu vəsiyyətdə başqa vəsiyyətlərdə oxşarı olmayan xüsusiyyətlərlə rastlaşırıq. Başqa mətnlərdə onun ali məziyyətlərinə çox az təsadüf olunur. Xüsusi müqəddiməyə malik bu vəsiyyətdə mövzulara giriş və çıxışda psixoloji və tərbiyəvi nöqtələr çox faydalıdır. |