www.nice.az > İslam Dünyası > Əhli-Beytin məqamı... [15]
Əhli-Beytin məqamı... [15]11 fevral 2013. Müəllif: Menekşe |
![]() Əhli-Beyti sevənlərin faydası budur ki, Allah onları Cənnətlə təmin edər. Peyğəmbər (s.a.a.) buyurur: «Cənnətə hesabsız, kitabsız daxil olmaq istəyənlər, mənim Əhli-Beytimdən ayrılmasın» Məhəbbət həm ürəkdə, həm də əməldə olmalıdır. Ürəyinə baxdıqda onların məhəbbətini, sevgisini görsə, ümid etsin. Əməllərinə baxdıqda öz əməllərində Onların əməllərinə oxşarlıq gördükdə ümid etsin. Seyid Məhəmməd adlı bir alim «Övladlarınızı Peyğəmbər (s.a.a.) və Ali Peyğəmbərin məhəbbəti ilə tərbiyə edin!» adlı bir kitab yazmışdır. O, bu kitabda belə yazır: Bir gün bir nəfər rəhmətə getmişdi. Möminlər toplaşıb tabutu çiyinlərinə alaraq dəfn etməyə aparırdılar. Dəfn mərasimində İmam Hüseyn (ə) da iştirak edirdi: Həzrətin ayaqlarına toz qonduğunu görən bir nəfər əyilib Ağanın ayaqlarından tozu sildi. Bunu görən Həzrət buyurdu: Ağa məni utandırma. - And olsun Allaha ki, əgər sənin barəndə olan, mən bilən fəzilətləri bu camaat bilsəydi ayağının tozunu silmək nədir, səni boyunlarında gəzdirərdilər. Kərbəla hadisəsini həm tarixi, həm də siyasi baxımdan araşdırmaq olar, bu öz yerində. Allah İmam Hüseyni (ə) yaradıb bir imtahan kimi insanların qarşısına çıxartdı. |