www.nice.az > İslam Dünyası > İki rəfiqə var idi. Mələk və Pəri [I]
İki rəfiqə var idi. Mələk və Pəri [I]21 noyabr 2012. Müəllif: Menekşe |
![]() Pəri: Nə olub, niyə belə fikirlisən? Mələk: Bir sual məni çox düşündürür. Görəsən həyat nədir? və ya nədir həyat? -Pəri: Həyat.. Gözəl yaşayış, imkan, sağlamlıq, dəbdəbə, yeyib-içmək, sevib-sevilmək, daim diqqət mərkəzində olmaq, hər kəsin qibtə edəcəyi həyat tərzidir məncə. - Mələk : Axı həyat bu qədər bəsit ola bilməz. - Pəri : Aaa? Bəsit niyə olureee? Saydıqlarım səncə bəsitdirmi? Sənin bəsit adlandırdığın şeylərə görə insanlar bir-birlərini öldürürlər. Gözəl yaşayış olmayanda ailələr dağılır. Diqqət mərkəzində olmaq üçün geyimlərini dəyişir, əyir-büzür, qısaldır, cürbəcür şəkillrə salırlar. Sevgiləri uğursuz olanda hər şeyə küsürlər. Bəzən heç özləri də bilmədən ürəklərində Allaha üsyan edirlər. Hər kəs bunlara sahib olmaq istəyirsə demək elə həyatın mənası bunlardır. - Mələk : Xeyr! Əsl məna necə bu ola bilər ki, bunlara alçaldıcı yollarla nail olurlar?! - Pəri : Gördüün? Özün də qəbul etdin “alçaldıcıâ€. Əgər həyatın mənası bunlar olmasaydı insanlar bunlara nail olmaq üçün alçalmazdılar. “Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).†Ənkəbut,64. - Mələk : Biz necə var olmuşuq və nə üçün var olmuşuq? Bunu dərindən düşünən zaman o saydıqların gözümdə kiçilir. Onda mən daha çox hiss edirəm ki, müvəqqəti olan, davamlı olaraq yenilənməyə ehtiyac duyan, hansısa yolla əldə edilməsi mümkün olan və əldə edildikdən sonra da getdikcə dəyərsizləşən bir şey heç vaxt həqiqi xoşbəxtlik ola bilməz. |