www.nice.az > İslam Dünyası > Əhli-Beytin məqamı... [13]

Əhli-Beytin məqamı... [13]


8 oktyabr 2012. Müəllif: Menekşe
Əhli-Beytin məqamı... [13]

Şəxsən Peyğəmbər (s) özü bu hədisi buyurur: «Biz Əhli-Beyti sevənləri qiyamət günü Allah məhşərə əmin-amanlıq içində gətirəcək. Bu adamlar qiyamət səhnəsini əmin-amanlıq içində müşahidə edəcəkləri.»

Peyğəmbər (s.a.a.) buyurur: «Mənə və Əhli-Beytimə məhəbbəti olanlar orada büdrəməyəcəklər. Həmin körpüdə onların heç bir narahatlıqları olmayacaq.» («Kənzul-ummal» kitabı, cild 12, səh: 97, hədis: 34163; «Əs-səvaiqul-muhriqə» kitabı, səh: 187.)


Əhli-Beyt (ə) məhəbbəti ilə yaşayanlara Allah qiyamət günü bir vəsiqə verəcək. O vəsiqədə «Bu Adam oddan nicat tapıb sözü yazılmış olacaq.»
Bilal ibn Həmamə rəvayət edir: Bir gün gördük ki, Peyğəmbər (s) çox şad halda, gülə-gülə gəlir. Bizlərdən biri – Əbdürrəhman ibn Ouf soruşdu:
- Ya Rəsulallah, görürəm gülürsən, çox şadsan, gülməyinin səbəbi nədir? Həzrət buyurdu ki, mənə Allah tərəfindən müjdə verilib.
- O, nədir ki, səni bu qədər şad edib? Buyurdu:
Qiyamət günü Allah bir dəstə mələk seçib əllərinə, üzərində bu Adam oddan nicat tapıb sözü yazılmış bir kağız verəcək. Onlar da camaatın arasında gəzib Əhli-beyti sevənlər və ürəyi Əhli-beyt məhəbbəti ilə dolu olan insanlara bu kağızı verəcəklər.
Peyğəmbər (s) də məhz elə bu səbəbdən şad olmuşdu. Çünki, Allah Əhli-beyti sevənləri belə bir vəsiqə ilə müjdələyib.