www.nice.az > İslam Dünyası > Hz.Zəhra (s.ə)
Hz.Zəhra (s.ə)3 oktyabr 2012. Müəllif: Menekşe |
![]() Xilas olmaq istəyən Zəhra (s.ə.) çırağına tərəf gəlsin Əlamətdar bir deyim var. Buyurulur ki, Həzrət Zəhra (s.ə.) sahki Allahın eynəyidir. Yəni Zəhranın (s.ə.) sevgisini qazanmış şəxs, Allahın sevgisini qazanır. Zəhranın (s.ə.) qəzəbini qazanmış şəxs - Allahın qəzəbini qazanmışdır. Bu nədir? Bu odur ki, İslam qadını o qədər ucaldır ki, qadın İslam nəzərində olur xəlifətullah. Qadın İslamın nəzərində olur Allahın yer üzərində xəlifəsi. Qadın İslamın nəzərində ən ali məqama çatır. Ən ali kamillik məqamına. Bu necə əldə olunur? Əməllə. Təqva ilə. Əxlaqla. İmanla. Allahın razılığını hər şeydən üstün tutmaqla. Rəbb ilə bəndəçilik müstəvisində rabitə qurmaqla. Bilmək istəyiriksə Həzrət Zəhra (s.ə.) kimdir, gərək dünyaların, aləmlərin yaranma səbəbi olan Peyğəmbəri-Əkrəmə (s) müraciət edək. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Fatimə - dünya və axirət qadınlarının seyyidəsidir». Seyyidə nədir? Yəni ağasıdır, yəni böyüyüdür, yəni rəhbəridir, yəni ən kamilidir onlar arasında. Yaxud Peyğəmbərdən (s) belə buyurulur: «Fatimə - mənim üçün insanların ən əzizidir». Təbii ki, öz övladının atası kimi demir, Allahın Rəsulu kimi deyir. Rəsul - rəsuldur, Allah Elçisidir. Dedikləri şəxsi münasibətdən irəli gəlmir, insanlara hidayət yolunu göstərmək missiyasının realizəsindən doğur. Rəsul (s) üçün ən əziz kim ola bilər? Ən kamil, ən əziz insan. Budur qadına verilən məqam. Başqa yerdə Peyğəmbərimiz (s.ə.) belə buyurur: «Fatimə - dünya qadınları arasında parlaq bir ulduzdur». Yəni nə? Yəni Fatimə (s.ə.) hidayət çırağıdır, xilas olmaq istəyən Zəhra (s.ə.) çırağına tərəf gəlsin, Zəhra (s.ə.) nuruna tərəf gəlsin. 12-ci İmamımız - Həzrət Mehdi Sahib-əz-Zaman (ə.f.) görək Həzrət Zəhra (s.ə.) barədə nə deyib. Qeybdə olan İmam (ə.f.), milyardlarla insanın zühurunun intizarında olan İmam (ə.f.) buyurur: «Allah Rəsulunun (s) qızı mənim üçün gözəl bir nümunədir». İmam Mehdi Sahib-əz-zəman (ə.f.) məntiqində lüsvətul həsənə» - ən gözəl nümunə Həzrət Zəhradır (s.ə.). Bax, bu qədər yüksək dəyəri var İslamda qadının. Mənbə:Ceferiler.com |