www.nice.az > İslam Dünyası > Göz yaşı axıdaraq səcdə edənlər...

Göz yaşı axıdaraq səcdə edənlər...


3 oktyabr 2012. Müəllif: Menekşe
Göz yaşı axıdaraq səcdə edənlər...

Göz yaşı axıdaraq səcdə edənlər

İbadətin gözəl xüsusiyyətlərindən biri də onun kövrək qəlblə, xüşu, təvazö halında qılınmasıdır. Həzrət Peyğəmbərin (s), məsum imamların (ə) və övliyaların ibadətlərinə nəzər saldıqda onların titrəyiş, göz yaşları içində namaz qılmalarının, münacat etmələrinin şahidi oluruq. Belə ki, alınlarını səcdəyə qoyub, uzun-uzadı “İlahi əl-əfv, İlahi əl-əfv” deyə Rəhman və Rəhim Allahdan bağışlanmalarını diləyirlər. Qurani-kərim belə şəxslər haqqında buyurur:
أُوْلَئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا
“Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne’mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmayıl, İshaq, Yə’qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə’qubun nəslindən olan peyğəmbərlərdəndir]”[MƏRYƏM-58].
Ayədən məlum olur ki, övliyalar Allahın nişanələrinə diqqət yetirib, acizliklərini duyur və ixtiyarsız olaraq səcdəyə düşüb, göz yaşı axıdırlar.