www.nice.az > İslam Dünyası > Əhli-Beytin məqamı... [11-12]

Əhli-Beytin məqamı... [11-12]


3 oktyabr 2012. Müəllif: Menekşe
Əhli-Beytin məqamı... [11-12]

Peyğəmbər (s.a.a.) buyurur: «Ümmətimdən o insanlara mənim şəfaətim çatacaq ki, onlar mənim Əhli-Beytimi sevirlər»

Əhli-Beyti (ə) sevən insanlar üçün bu məhəbbəti qəbrdən sonra Allah bir nura çevirəcək. Nurun işığı da öz növbəsində onları öz məqsədlərinə çatdıracaq.
Qiyamətin gecəsi var, gündüzü var. Qiyamət əhvalatı çox böyükdür. Qiyamət günü məsələsi çox mühüm məsələdir. Allah istəyir özünü tərif etsin. min yerdə min cür tərif edir. Amma onların hamısını qısa bir formada mündəricata, həmd surəsinə daxil edib və hamıya da vacib buyurub ki, gün ərzində namazda neçə dəfə desinlər. Bu surədə Allah qiyamət barəsindəki sifətini belə bəyan edir: «Maliki-yəumiddin». (Allah qiyamət gününün malikidir)
Şair qiyamət günününü belə vəsf edir:

Məhşər günü bir gündür ki, düşər təngə xəlaiq
Gün isti salar, atəşi suzan əvəzində.
Yəqub çıxarar balası Yusifi yaddan.
Kor oldu ki, Aləmi-hicran əvəzində.


Quran buyurur: «Qiyamət səhnəsini gördükdə qardaş qardaşı, yoldaş-yoldaşı, ata balasını yadından çıxaracaq.»
Quranda və hədislərdə var: «Qiyamət suru çalınanda südəmər uşaqlar qorxularından qocalacaqlar.» Hamımız da bunu görəcəyik.
Başqa bir hədis: «Qiyamət günü Əhli-beytə olan məhəbbətiniz qədər Allah sizə nur mərhəmət edəcək və bu nur sizi hidayət edəcək»
Bəzi hədislərdə var: «Namaz qılarkən insanın yerə qoyduğu yeddi üzvdən qiyamət günü Allah nur yaradacaq ki, bu nur vasitəsi ilə insan öz qarşısını görə bilsin.»
Başqa bir yerdə: «Namaz qılıb, Əhli-beytə məhəbbət bəsləyən insanlara Allah qiyamət günü nur verəcək və insanlar bu nur vasitəsi ilə öz yollarını gedəcəklər.»