www.nice.az > İslam Dünyası > İki Çörək Əskik [hekayə]

İki Çörək Əskik [hekayə]


28 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
İki Çörək Əskik [hekayə]

Bir gün iki adam Rəbiyə-tül Adəviyyəni ziyarətə gəldilər. İkisi də ac idi. "Yemək" deyə içlərindən yemək keçdi. O anda qapıya bir nəfər gələrək, Allah ruzisi üçün nə isə istədi. Rəbiyə həzrətləri evdəki iki çörəyini buna verdi. Gələn sevinərək getdi. Bir saat sonra bir adam qucağında bir yığın çörəklə gəldi. Rəbiyə həzrətləri çörəkləri saydı. On səkkiz çörək vardı. Dedi ki:

- Çörəklər iyirmi olmalıdır.

Çörəyi gətirən, ikisini gizləmişdi. Çıxarıb iki çörəyi də verdi. Oradakılar heyrətlə soruşdular.

- Bu nə sirrdir? Biz sənin çörəyini yeməyə gəlmişdik. Önümüzə qoyacağın çörəkləri qapıya gələnə verdin. Sonra da çörək gəldi. Əskik olduğunu söylədin.

Cavabında belə buyurdu:

-Siz ikiniz gələndə ac olduğunuzu başa düşdüm. Qabağınıza qoymağa o iki çörəyi qapıya gələnə verdim.
Allahu təaladan bu çörəklərin qonaqların qarnını doyura bilməyəcəyini, bunun üçün bir yerinə on dənə verməsini istədim.
Çünki Allah təala Qurani Kərimdə (Ən'am surəsi 160. ayəsində) birə on verəcəyini bildirir. Mən ONun bu vədinə güvəndim.
İki çörək yerinə iyirmi çörək gələcəyini bildiyim üçün də çörəklərin nöqsan olduğunu söylədim.