www.nice.az > İslam Dünyası > Palçıqlı Ayaqqabı [hekayə]
Palçıqlı Ayaqqabı [hekayə]28 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Bəyazidi Bistami Həzrətləri yağışlı bir havada Cümə namazına getmək üçün evindən çıxdı. Leysan kimi yağan yağış, yolu palçıqlı vəziyyətə gətirmişdi. Yağış bitənə qədər bir evin əhatə divarına söykəndı. Palçıqlı ayaqqabılarını divarın daşlarına sürtərək təmizlədi. Yağış yavaşlayanda məscidə doğru getdi. Bu sırada ağlına bir atəşpərəstin divarını çirklətdiyi gəldi və kədərlənərək; "Onunla halallaşmadan necə Cümə namazı edə bilərsən? Başqasının divarını çirklətmisən, necə Allahu təalanın hüzurunda dayanarsan?"- deyə düşündü və geri dönüb o atəşpərəstin qapısını döydü. Qapını açan atəşpərəst: - Buyurun bir arzunuzmu var? Bəyazidi Bistami Həzrətləri: - Sizdən üzr istəməyə gəldim. Atəşpərəst heyrətlə: - Nə üzrü? Bəyazidi Bistami Həzrətləri: - Bir az əvvəl divarınızı əlimdə olmadan palçıqlı ayaqqabılarımı təmizləmək məqsədiylə çirklətdim. Bu doğru bir hərəkət deyil. Yağışın şiddəti bu incəliyi unutdurdu. Atəşpərəst heyrətlə cavab verdi: - Yaxşı amma nə zərəri var? Onsuz da divarlarımız palçıq içindədir. Sizin ayağınızdan oraya sürtülən palçıq bir çirkinlik meydana gətirməz. Bəyazidi Bistami Həzrətləri ona belə dedi: - Doğrudur, amma bu bir haqqdır və sahibinin razılığını almaq lazımdır. Atəşpərəst: - Sizə bu incəliyi və insan haqqlarına bu dərəcə hörmətli olmağı dininizmi öyrətdi? Bəyazidi Bistami Həzrətləri: - Bəli dinimiz və bu dinin peyğəmbəri olan Məhəmməd əleyhissalam öyrətdi. Atəşpərəst: - O halda biz nə üçün bu dinə gəlmirik? - deyərək gözyaşları içində kəlmeyi-şəhadət gətirib müsəlman oldu. |