www.nice.az > İslam Dünyası > Allahı yad edək!

Allahı yad edək!


27 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Allahı yad edək!

Bismillahir Rəhmanir Rəhim

Qur’an-da buyrulur: «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizin fikrinizi Allahı yad etməkdən yayındırmasın. Belə edən kəslər (Əlbəttə,) ziyana uğrayanlardır.»

1. Allahın Peyğəmbəri (s): «Heç bir şeyi Allahı yad etməkdən üstün bilmə. Çünki O, buyurmuşdur: «Allahı yad etmək daha böyükdür.»
2. Allahın Peyğəmbəri (s): «Allah yanında heç bir başqa əməl Allahın xatırlanması qədər sevilən, dünya və axirətdə bəndənin bütün günahlardan xilas olmağında daha tə‘sirli olan heç bir başqa əməl yoxdur.» Ərz etdilər: «Hətta Allah yolunda müharibə etmək də?» Buyurdu: «Əgər Allahı yad etmək olmasaydı, Allah yolunda müharibə əmri verilməzdi.»
3. İmam Əli (ə): «Allahı yad etmək (Allahı) sevənlərin ləzzətidir.»
4. İmam Əli (ə) : «Yad etmək, sevilən (məşuq) ilə həmsöhbət olmaqdır.»
5. İmam Əli (ə): «Allahı yad etmək hər yaxşı əməl sahibinin adəti və hər bir möminin xasiyyətidir.»

Qur’an-da buyrulur: «Ey iman gətirənlər! Allahı çox yad edin, Ona hər səhər və axşam təsbih deyin.»
1. Allahın Peyğəmbəri (s): «Çoxlu Qur‘an oxumağı və Allahı çox yad etməyi sənə tövsiyə edirəm. Çünki bu, sənin üçün səmada ad (və şöhrət) və yerdə nurdur.»
2. İmam Əli (ə): «Allahı gizlində yad edən kəs Allahı çox yad etmişdir.»
3. İmam Sadiq (ə): «Bacardığınız qədər gecə və gündüz, hər an, hər saat Allahı çox yad edin. Çünki Allah-taala özünü çox yad etməyi əmr etmişdir.»
4. İmam Sadiq (ə): «Xanım Fatimeyi Zəhranın (ə) təsbihi Allah -taalanın «Allahı çox yad edin.» kəlamında buyurduğu həmin çox zikrlərdəndir.»

1. Allahın Peyğəmbəri (s): «Adəm övladı dünya həyatında Allahın anmadan keçirdiyi hər bir anına görə Qiyamət günü təəssüflənəcək.»
2. İmam Əli (ə): Şəban ayının dualarında: «İlahi, məni Səni yad etməyə məftun və divanə et, mənim səyimi Sənin qalib adlarının ruhuna və müqəddəs dərgahına tərəf yönəlt.»
3. İmam Əli (ə): «İlahi! Səndən Məhəmməd və onun ismətli Əhli-Beytinə salam göndərməyi və məni daim Səni yad edənlərdən, Sənin əhdini pozmayanlardan etməyini diləyirəm.»
5. İmam Əlinin (ə): vəfat edərkən oğlu Həsənə (ə) belə tövsiyyə etmişdi: «Bütün hallarda Allahı yad et.»
6. İmam Sadiq (ə): «Musa (ə) ərz etdi: «Ey Rəbbim! (Bə‘zən) Elə bir halda oluram ki, sənin şənini, məqamını Səni yad etməyimdən daha ali bilirəm.» Allah buyurdu: «Ey Musa! Məni bütün hallarda yad et.»