www.nice.az > İslam Dünyası > Hikmətli Rəvayət...
Hikmətli Rəvayət...25 sentyabr 2012. Müəllif: Menekşe |
![]() Böyük sufilərdən biri vəfat etmişdi. Onun ən sevimli şagirdi ustadın ölümündən çox üzülürdü. Allaha dua edib yalvarırdı ki, heç olmazsa, bir gecə yuxuda ustadı görməyi ona nəsib etsin. Bir ildən sonra şagird yuxuda ustadı görüb ondan soruşdu: “Ustad, o biri aləmdə vəziyyətiniz necədir? Allah sizinlə necə rəftar etdi?â€. Ustad cavab verdi: “Sağlığımda bir gün bir odun qalağının yanından keçirdim. Budaqlardan nazik bir çubuq qoparıb dişimi onunla təmizlədim. Amma odun sahibindən icazə və halallıq almağı unutdum. Bir ildir ki, sorğu-sual mələklərinə həmin çubuğun hesabını verib qurtara bilmirəmâ€. |