www.nice.az > İslam Dünyası > Ömrünüzün uzun olmasını istəyirsiniz? [3]
Ömrünüzün uzun olmasını istəyirsiniz? [3]26 sentyabr 2012. Müəllif: Menekşe |
![]() Çoxlu sədəqə vermək. Imam Əli (ə): “Sədəqə verməklə əcəl uzanar (yubanar)†(Ğürərül-hikəm, 4239). Həzrət Mühəmməd Peyğəmbər (s): â€Sədəqə verin və onunla xəstələrinizi sağaldın. Sədəqə xəstəlikləri və dərdləri uzaqlaşdırar, ömrünüzü və savablarınızı artırar“ (Kənzül-ümmal, VI, 371, hədis 16113). Imam Mühəmməd Baqir (ə): â€Yaxşılıq və sədəqə kasıblığı aradan qaldırar, ömrü uzadar, yetmiş cür faciəli ölümü insandan uzaqlaşdırar“ (Mizanül-hikmə, II, 1596, hədis 10361). Imam Hüseynin (ə) məzarını ziyarət etmək. Imam Mühəmməd Baqir (ə): “Bizim tərəfdarlarımıza Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etməyi tövsiyə edin. Bunu etmək ruzini artırar, ömrü uzadar, xoşagəlməz hadisələri insandan uzaqlaşdırar†(Biharül-ənvar, CI, 4). Başqa əməllər. Bunlardan əlavə, qocalara ehtiram göstərməyin, kamil şəkildə dəstəmaz almağın, namazda rüku və səcdələri uzatmağın, qonşularla xoş davranmağın, başqasına yemək (qonaqlıq) verərkən süfrə arxasında çox oturmağın da (qonaq utanmadan yeyib doysun deyə) ömrü uzatdığı və əcəli təxirə saldığı barədə mənbələrdə məlumatlar vardır. |