www.nice.az > İslam Dünyası > Yalan, iftira, Söz Gəzdirmək Və Qeybət....

Yalan, iftira, Söz Gəzdirmək Və Qeybət....


25 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Yalan, iftira, Söz Gəzdirmək Və Qeybət....

• İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qul, yalan söyləməyə və yalan söyləmə niyyətini daşımağa davam edərsə bir an gələr ki, qəlbində qara bir nöqtə görünür; sonra bu nöqtə böyüyür və qəlbinin tamamı qap-qara olur. Sonunda, Allah qatında yalançılardan yazılır.”

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, yalan söyləməyi və yalanla iş görməyi tərgitməzsə, o adamın yeməsini, içməsini tərk edib ac qalmasına(oruc tutmaq qəsd edilir) Allahın ehtiyacı yoxdur.”

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Müsəlman Müsəlmanın qardaşıdır; ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz buraxmaz... Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır...”

• İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yalan, insanı həddi aşmağa götürür; həddi aşmaq da atəşə götürür. İnsan yalan söyləməyə davam edər və daima yalanı araşdırarsa (hər şeydə yalançılıq edərsə) sonunda Allah qatında “yalançı” olaraq qeyd edilir.”

• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir.”

• Səid ibn Zeyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən çox vəbal və günaha səbəb olan şey, Müsəlmanın namusunu (namus və şəxsiyyətini) narahat etməkdir.”

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların ən şərlisi, bir qrup insanın yanına bir üzlə, başqa bir qrup insanların yanına isə başqa bir üzlə gələn ikiüzlülərdir.”

• Əsma Bint Yeziddən rəvayət edildiyinə görə o, belə demişdir: Hz. Peyğəmbər (s.ə.s); “Sizə, ən pislərinizi xəbər verimmi?” dedi. Oradakılar; “Bəli, xəbər ver!” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Dedi-qodu edənlər, bir-birlərini sevən insanların arasını pozanlar, insanları bir-birindən ayrı düşürmək istəyənlər.”

• Hüzeyfə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Söz gəzdirən adam cənnətə girə bilməyəcək.”

• Əbu Hüreyrədən rəvayət edilmişdir. Rəsulullah (s.ə.s); “Qeybət nədir, bilirsinizmi?” deyə soruşdu. Oradakılar; “Allah və Rəsulu daha yaxşı bilər” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Qeybət, din qardaşını, onun xoşuna gəlməyəcəyi bir sözlə anmaqdır”. Oradakılardan biri; “Söylədiyim şeyin, qardaşımda mövcud olduğunu görürsəm yenə qeybət olarmı?” deyə soruşanda Rəsulullah belə buyurdu: “Əgər söylədiyin şey, qardaşında varsa qeybət etmiş olarsan. Əgər söylədiyin şey onda yoxsa ona iftira atmış olarsan.”