www.nice.az > İslam Dünyası > Xeyirli işdə öndə olmaq

Xeyirli işdə öndə olmaq


25 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Xeyirli işdə öndə olmaq

İnsanları hikmətlə (Quranla, tutarlı dillərlə),
gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna (İslama) dəvət et!
(Nəhl surəsi 16/125)

(Ey möminlər!) İçinizdə (insanları) yaxşılığa çağırın, xeyirli işlər
görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!
(Ali imran surəsi 3/104)

Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə
(təqvada) bir olun, bir-birinizə kömək edin!
(Maidə surəsi, 5/2)

And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına və ya Peyğəmbərin əsrinə) ki,
insan (ömrünü bihüdə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan
içindədir! Yalnız iman gətirib yaxşı əməllər edən,
bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!
(Əsr surəsi 103/1-3)

Əbu Məsud Uqbə İbni Amr (r.a.) rəvayət edir:

“Allah Rəsulu (S.A.V) belə buyurdu: Xeyirli bir işə
rəhbərlik edən (və ya vasitəçi olan) o xeyirli iş görənlər qədər savab qazanar”.

Əbu Əbddürrəhman Zeyd İbni Xalid əl-Cuhəni (r.a.)
Allah Rəsulunun (S.A.V) belə buyurduğunu nəql etmişdir:


“Kim Allah yolunda döyüşən bir qazinin təchizatını təmin edərsə, Allah yolunda
vuruşma savabını qazanar. Qazinin ailəsinə yaxşılıq və kömək
(xeyir və həsənat) edən insan da birbaşa cihadda iştirak savabını qazanar”.

Əbu Musa əl Əşari (r.a.) Allah Rəsulunun (S.A.V) belə buyurduğunu nəql edir:

“Əmr ediləni nöqsansız yerinə yetirən, möhtaclara səmimiyyətlə və könül
rahatlığı ilə əl tutan müsəlman və etibarlı xəzinədar
(mal sahibi ilə birlikdə) iki nəfər sədəqə verən varsa, onların biri kimi mükafat qazanar”.