www.nice.az > İslam Dünyası > Əxlaq və Həyat (Səmimiliyin) nişanələri
Əxlaq və Həyat (Səmimiliyin) nişanələri21 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() İnsanların əməlləri zahirən bir-birinə oxşayır. Olsun ki, hamı özünü müxlis (xalis, riyadan uzaq) hesab edir. Amma ixlasın əlamətlərinə əsasən həqiqi müxlisi tanımaq mümkündür: 1. Müxlis (ixlaslı) insan Allahdan savayı heç kəsdən təsdiq və təşəkkür gözləmir. İmam Sadiq (ə) buyurur: “O əməl xalisdir ki, Allahdan başqa heç kəsdən tə`rif istəməyəsən.†2. Müxlis üçün aşkar və xəlvət arasında fərq yoxdur. Riyakar isə belə olmur. Həzrət Əli (ə) buyurur: “Riyakarın üç əlaməti var: göz qabağında həvəslə çalışır, tənhalıqda həvəssiz işləyir; bütün işlərinə görə tə`rif umur.†3. Müxlis işdən yorulub, həvəsdən düşmür; 4. Müxlis gördüyü işi vəzifə bildiyi üçün bu işə görə peşman olmur (məsələn, O, Allaha xatir salam verdiyi üçün salamı alınmayanda peşman olmur); 5. Müxlis başqalarının onun işindən xəbər tutmasını istəmir (məsələn, sədəqəni hamıdan gizli verir); 6. Müxlis işlərin onun adına yazılmasını, tanınmasını arzulamır. |