www.nice.az > İslam Dünyası > İbrətamiz Hədislər [3-cü hissə]

İbrətamiz Hədislər [3-cü hissə]


23 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
İbrətamiz Hədislər [3-cü hissə]

İMAM HÜSEYN(Ə) BUYURUR:
Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salamı verənin, biri isə salamı alanındır.

* * * * *
İMAM HÜSEYN(Ə) BUYURUR.
Üzr istəməli olacağın işdən uzaq ol. Çünki, mömin nə pis iş görər, nə də üzr istəyər.

* * * * *
İMAM HÜSEYN (Ə) BUYURUR:
Başqalarının günahındanqorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.

* * * * *
İMAM HÜSEYN (Ə) BUYURUR:
Möminin haqqını yerinə yetirmək , ALLAHA edilən ibadətlərin ən üstünüdür.

* * * * *
İMAM HÜSEYN(Ə) BUYURUR:
Hər kəs ALLAHA layiqli olduğu kimi bəndəlik etsə , ALLAH-Təala onun layiq olmadığı və arzuladıqlarından daha çox ona əta verər.

* * * * *
İMAM HÜSEYN (Ə) BUYURUR:
ALLAHIN qorxusundan ağlamaq, cəhənnəm əzablarındanqurtulmağa səbəb olur.

* * * * *
İMAM SƏCCAD (Ə) BUYURUR:
Yaradılmış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki ALLAH sizi əbəs yerə yaratmamışdır.

* * * * *
İMAM SƏCCAD (Ə) BUYURUR:
Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.

* * * * *
İMAM SƏCCAD (Ə) BUYURUR:
ALLAHIN ən xoşu gələn şey budur ki, insan onu tanıdıqdan sonra qarnını haramlardan qorusun.

* * * * *
İMAM SƏCCAD (Ə) BUYURUR:
Əgər bir şəxs səni söydükdən sonra üzr istəyirsə, onu bağışla.

* * * * *
İMAM SƏCCAD (Ə) BUYURUR:
Pis işi tərk etməkdən çəkinmə; bu pis əməllə məhşur olsan da belə.

* * * * *
İMAM SƏCCAD (Ə0 BUYURUR: Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir.