www.nice.az > İslam Dünyası > İbrətamiz Hədislər

İbrətamiz Hədislər


21 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
İbrətamiz Hədislər

IMAM MƏHƏMMƏD TƏQİ (ə) buyurur:
Şükrü yerinə yetirməyən bir nemət bağışlanmayan günah kimidir.

İMAM MƏHƏMMƏD TƏQİ (ə) buyurur:
ALLAHIN təqib etdiyi bir kəs necə qaça bilər?!

İMAM MƏHƏMMƏD TƏQİ (ə) buyurur:
ALLAHDAN qeyrisinə ümidvar olanı ALLAH elə onun ümidnə buraxar.

İMAM TƏQİ (ə) buyurur buyurur:
möminin izzəti xalqa möhtac olomamasındadır.

İMAM TƏQİ (ə) buyurur:
Hər kim üç şeyə diqqət etsə, peşman olmaz: Tələskənlikdən uzaq olmaq, məsləhətləşmək , bir iş görmək istədikdə ALLAHA təvəkkül etmək.

İMAM TƏQİ (ə) buyurur:
Üç şey insanı ALLAHIN razılığına çatdırar: Çox istiğfar etmək, mülayimlik, çox sədəqə vermək.

İMAM TƏQİ (ə) buyurur:
Qəlbləri ALLAHA yaxınlaşdırmaq əməllə bədən üzvlərini zəhmətə salmaqdan daha yaxşıdır.

İMAM TƏQİ (ə) buyurur:
Şər insanla dost və yoldaşlıq etməkdən çəkin, çünki o, çılpaq qılınc kimidir, zahiri gözəl, əsəri çox pisdir.

İMAM TƏQİ (ə) buyurur:
ALLAHA etimad etmək hər bahalı şeyin qiyməti və hər bir ucalığa çatmaq üçün bir nərdivandır.

İMAM ƏLİYYƏN NƏQİ (ə) buyurur:
Öz dəyərini anlamayan adamın şərindən qorun.

İMAM ƏLİYYƏN NƏQİ (ə) buyurur:
Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.

İMAM ƏLİYYƏN NƏQİ (ə) buyurur:
Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.

İMAM ƏLİYYƏN NƏQİ (ə) buyurur:
ALLAH -Təala onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.