www.nice.az > İslam Dünyası > İpin hesabı...

İpin hesabı...


20 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
İpin hesabı...

Varlının biri öləcəyindən və qəbirdə tək qalacağından qorxurmuş..."Öldüyüm gecə kim qebire mənimlə birgə girsə və sabaha qədər mənim yanımda qalsa sərvətimin yarısını ona bağışlayıram" deyə vəsiyyət etmiş...

Öləndən sonra "Kim qəbirdə səhərə qədər qalmaq istəyir?" deyə axtarmağa başlamışlar...Heç kimi tapmamışlar... Sonunda bir qul gəlmiş:

"Mənim sadəcə bir ipim var... Başqa itirəcək heç nəyim yoxdur.Səhərə qədər qəbirdə qalsam varlı olacam" fikri ilə qəbul etmiş...

Qulu vəfat edən varlı ilə birlikdə dəfn edirlər... Və dəfn edənden bir az sonra sorğu-sual mələkləri gəlir... Mələklər görürlər ki, qəbirdə bir ölü və bir də canlı var...Mələklər fikirləşirlər ki, ölü onsuzda əlimizdədir...Birinci dirini sorğu-sual edək...Başlayırlar quldan...

" -O ip kimindir? Hardan aldın? Niyə aldın? Necə aldın? Harada istifadə etdin? "

Və beləcə səhərə qədər sorğu-sual davam etmiş, amma sorğu-sual hələ də bitməmiş...Səhər açılan kimi qul qəbirdən cıxmış və gəlmiş evə... Evə gələn kimi buna deyirler ki, gəl sərvətini götür..Bu sənin haqqındır...

İstəmirəm... Mən səhərə qədər bir ipin hesabını verə bilmədim...O qədər sərvətin hesabını necə verəcəm.. İstəmirəm !!