www.nice.az > İslam Dünyası > Son anda gələn yardım...
Son anda gələn yardım...20 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Qiyamət qopmuşdu. Qeyri-adi bir izdiham vardı. Hər yer insanlarla dolu idi. Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdi. Sanki ürəyi yerindən çıxacaqdı, soyuq tər basmışdı... Dünyada ikən qiyamət, sorğu-sual və tərəzi haqda çox şey eşitmişdi.... Ancaq məhşər meydanını belə dəhşətli təsəvvür etmirdi... Hamını sırayla oraya gətirdilər.Sorğu-sual başlandı.Növbə onunki idi... Hər suala cavab verdikcə təri sel kimi axırdı.Uzun sürən hesabdan sonra hökm oxundu... Hökmü eşidəndə dəhşətə gəldi. "Cəhənnəm!" Qışqırdı: Ola bilməz! Mən ömrüm boyu RƏBBimə itaət etmişəm. Axı mənim yerim "Cənnət"-dir... Bəs mənim oruclarım, namazlarım, zəkatlarım?! Birdən 2 mələk gəldi və onu itələyib cəhənnəmə atdılar.O artıq alovun qarsalayıcı istisini üz-gözündə hiss edirdi... Qəflətən ağsaqqallı, nurani bir qoca peyda oldu. Əlini uzadıb, onu cəhənnəmdən çıxardı. O, çıxarkən rahat bir nəfəs aldı, üst-başını çırpdı... RƏBBinə: "Ey RƏBBim! Sən mərhəmətlilərin ən mərhəmətlisisən"- deyə şükür etdi.. Sonra qocadan soruşdu: Sən kimdən? -Mən sənin namazlarınam.. -Bəs nə üçün əvvəlcədən deyil də, mən cəhənnəmə düşəndən sonra gəldin? -Yadındamı, sən həmişə məni axıra saxlayırdın?... Birdən tər içində oyandı, "Çox şükür yuxu imiş".. Azan oxunurdu, İşa namazını qılmaq üşün ayağa qalxdı... |