www.nice.az > İslam Dünyası > Ömrünüzün uzun olmasını istəyirsiniz? [1]
Ömrünüzün uzun olmasını istəyirsiniz? [1]17 sentyabr 2012. Müəllif: Menekşe |
![]() Ata-ana ilə mehriban davranmaq. Həzrət Mühəmməd Peyğəmbər (s): “Kim ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, valideynə yaxşılıq etsin†(ət-Tərğib vət-tərhib, I, 274, hədis 430). “Valideynə yaxşılıq etmək ömrü uzadar, yalan ruzini azaldar, dua qəzavü-qədəri geri qaytarar†(yux. mənbə, hədis 429). Imam Cəfər Sadiq (ə): “Ömrünün uzanmağını istəyirsənsə, valideynləri sevindir†(Mizanül-hikmə, III, 2116, hədis 14245). Qohumlarla sıx əlaqə saxlamaq (sileyi-rəhim). Həzrət Mühəmməd Peyğəmbər (s): â€Kim əcəlinin gecikməsini və ruzisinin artmasını istəyirsə, sileyi-rəhim etsin“ (Üsulül-Kafi, Iman və küfr kitabı, Sileyi-rəhim babı, hədis 16). Imam Mühəmməd Baqir (ə): â€Sileyi-rəhim əməlləri saflaşdırar, sərvəti artırar, bəlanı uzaqladırar, (qiyamətdə) hesabı yüngülləşdirər və əcəli yubadar“ (yux. mənbə, hədis 4). Imam Rza (ə) Imam Sadiqdən (ə) rəvayət edib: â€Sileyi-rəhim ömrü uzadar, ailədə məhəbbət yaradar“ (yux. mənbə, hədis 9). Gözəl əxlaqlı və xoş xasiyyətli olmaq, camaatla mehriban davranmaq. Imam Cəfər Sadiq (ə): â€Yaxşılıq və gözəl əxlaq evləri abad edər, ömürləri uzadar“ (Üsulül-Kafi, Iman və küfr kitabı, Gözəl əxlaq babı, hədis 8). |