www.nice.az > İslam Dünyası > Uşağın "Bismillah" deməsi atanın əzabını götürər...

Uşağın "Bismillah" deməsi atanın əzabını götürər...


17 sentyabr 2012. Müəllif: Menekşe
Uşağın "Bismillah" deməsi atanın əzabını götürər...

Bir zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz səhabələri ilə qəbiristanlığın yanından keçərkən “qəbir sahibi əzabdadır, tez keçin!” deməsini eşitmisiniz. Bir il sonra həmin yerdən keçərkən əzab əsəri görməyən Həzrət “Pərvərdigara, artıq bu meyyitə əzab olunmur, niyə?” deyə soruşdu. Nida yetdi ki, bu kişinin bir oğlu vardı, ölümdən sonra o uşağı məktəbə göndərdilər, ustadı ona “bismillahir-rəhmanir-rəhim” öyrətdi, oğlu bizi Rəhman və Rəhim kimi xatırladığından atasından əzabı götürdük.
Bəli, şəri vəzifələrimizdən biri də yaxşıya dəvət (əmr be məruf) və pisdən çəkindirməkdir (nəhy əz münkər). Bu vəzifənin ilk mərtəbəsi qadını, uşağını, sonra başqa qohum və yaxınlarını dəvət etməkdir.