www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [441-460]

Məsumların nurlu kəlamlarından 500 hədis [441-460]


16 sentyabr 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis [441-460]

Hədis 441: İmam Kazım (ə) buyurur: “Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”

Hədis 442: Həzrət Məhəmməd (s.a.a.) buyurur:“Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”

Hədis 443: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Elm və biliyi bağlayın. Soruşdular ki,necə bağlayaq? Buyurdu: Onu yazmaqla.”

Hədis 444: Həzrət Əli (ə) buyurur: “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”

Hədis 445: Həzrət Əli (ə) buyurur: “Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”

Hədis 446: Həzrət Əli (ə) buyurur: “Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.”

Hədis 447: İmam Baqir (ə) buyurur: “Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”

Hədis 448: İmam Baqir (ə) buyurur: “Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.”

Hədis 449: “(Həzrət Peyğəmbərdən (s.a.a.) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın özəli ilə qazandığı.”

Hədis 450: Həzrət Əli (ə) buyurur: “Ataların özövladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.”

Hədis 451: Həzrət Əli (ə) buyurur: “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.”

Hədis 452: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Ehtiyacı olmadığı halda mö`min qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.”

Hədis 453: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lə`nət etsin.”

Hədis 454: Həzrət Əli (ə) buyurur: “Həyat ölümə necə də yaxındır!”

Hədis 455: Həzrət Əli (ə) buyurur: “Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.”

Hədis 456: Həzrət Əli (ə) buyurur: “Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”

Hədis 457: Həzrət Əli (ə) buyurur: “Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.”

Hədis 458: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Batini zahirinə müxalif olan kəs münafiqdir.”

Hədis 459: “(Həzrət Peyğəmbərdən (s.a.a.) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”

Hədis 460: Həzrət Məhəmməd (s.a.a.) buyurur:“Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”