www.nice.az > İslam Dünyası > Kəlimeyi-şəhadət...

Kəlimeyi-şəhadət...


14 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Kəlimeyi-şəhadət...

Şəhadət (ərəbcədir, şahidlik etmək deməkdir) - İslamın iki əsas ehkamını ifadə edən formuldur. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur.

Oxunuşu: "Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu".

Mənası: "Şahidlik edirəm ki, ALLAHdan başqa ibadətə layiq olan haqq ilah yoxdur və şahidlik edirəm ki, Hz. Məhəmməd (s) ALLAHın qulu və rəsuludur".