www.nice.az > İslam Dünyası > Hədislər..
Hədislər..13 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() ALLAH üçün iki damla və iki izdən daha sevimli heç nə yoxdur: iki damla: ALLAH qorxusundan axan göz yaşı və ALLAH yolunda axıdılan qan.. iki iz: ALLAH yolunda vuruşarkən alınan yara izi və ALLAH ın buyurduğu vacibatlardan birini ödəyərkən yaranan iz. Kim bir müsəlmanın qüsurunu örtər, ayıbını gizləyər, sirrini saxlayarsa ALLAH da dünyada və axirətdə onun qüsurunu örtər, ayıbını gizləyər, sirrini saxlayar. Dünyada ya qərib kimi yaşa, ya da qonaq kimi. Ölmədən öncə özünü qəbir əhlindən say! Şübhəsiz ki, ALLAH can boğaza gəlmədikcə, qulunun tövbəsini qəbul edər. ALLAH sizin nə xarici görünüşünüzə, nə də malınıza baxar. O sizin qəlblərinizə və əməllərinizə baxar. Harda olursunuzsa olun, ALLAH a qarşı gəlməkdən çəkinin. Etdiyiniz pisliyin ardından bir yaxşılıq edin ki, bu onu yox etsin. İnsanlara qarşı gözəl əxlaqla davranın. İslam əxlaqının ən fəzilətli davranışı insalara dili ilə zərər verməmək üçün susmaqdır. |