www.nice.az > İslam Dünyası > Hələ bir izah et Gözəl Dost. Bu dünyada kimlər aldandı...?
Hələ bir izah et Gözəl Dost. Bu dünyada kimlər aldandı...?11 sentyabr 2012. Müəllif: Menekşe |
![]() Hələ bir izah et Gözəl Dost. Bu dünyada kimlər aldandı..? - Cəhənnəmi hesaba qatmayan dindar aldandı..! (Zümər, 47) Söylə mənə Can Dostum, kimlər aldandı..? - Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..! (Nisa, 123) Söylə, başqa kimlər aldandı..? - Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..! (Nisa, 78) Gözəl Dost! Daha kimlər aldandı..? - Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..! Başqa kimlər aldandı..? - Saleh əməl işləyirəm sanan riyakar (ikiüzlü) aldandı..! (Maun, 7) İzah et Hakim! Sonra kim aldandı..? - Aləmə nəsihət verib özünü unudan aldandı..! (Bəqərə, 44) Başqa varmı..? Daha kim aldandı..? - Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..! (Furqan, 43-44) Hələ bir izah et Sevimli Dost! Başqa kimlər aldandı..? - ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..! (Əraf, 98) Hələ davam et, başqa kimlər aldandı..? - Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..! (Kəhf, 104) De mənə! Daha kimlər aldandı..? - Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..! (Nisa, 95) Söylə.. Söylə, ta ki hər kəs duysun səni..! Hələ, hələ kimlər aldandı..? - Namazı olmayan aldandı..! (Müddəsir, 39-43) Kim özünü yandırdı, kimlər aldandı..? - “..Mən bundan sonra xilas ola bilmərəm..†deyən me'yus (ümidsiz) aldandı..! (Zümər, 53-54) Ey Gözəl Xeyirxah! İzah et kim aldandı..? - “..ALLAH diləməsəydi günahkar olmazdım..†deyən, qədəri yalan sayan aldandı..! (Zümər, 56-57) Ey Bəndə! De mənə daha kimlər aldandı..? - Kiçik günahlara göz yumanlar aldandı..! (Nisa, 31) İzah et..! İzah et..! Daha kimlər aldandı..? - “..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi..†deyən, saleh əməlsiz aldandı..! (Əsr, 1-3) Başqa kim..? Daha kim aldandı..? - “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq, Bu dövrdə hər şey puldur..!†deyən, zəngin aldandı! (Təkasur, 1) Hələ bəhs et..!!! Başqa kim aldandı? - Yadlardan örtünməyən qadınlar aldandı, - Şəhvətinə uyan cahillər aldandı, - Faiz yeyən iblislər aldandı, - Vaxtını boş-boş keçirən qafillər aldandı, - Axirətini unudanlar aldandı, - "..Hələ gəncəm.." deyənlər aldandı, - Fani olduğunu unudanlar aldandı, - Başqalarının hicab geyinib günah işlədiyini görən, özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..! - Başqasının namaz qılıb günah işlədiyini görən, Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..! - Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..! - Zamanın durmadığını, unudanlar aldandı..! - Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..! - Quranı bir kərədə olsun oxumayanlar aldandı..! - Haqqa göz yumanlar aldandı..! Daha Kimlər aldandı..? - Bunu oxuyub, nəticə çıxarmayanlar aldandı. |