www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [381-400]
Məsumların nurlu kəlamlarından 500 hədis [381-400]11 sentyabr 2012. Müəllif: Menekşe |
![]() Hədis 381: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.†Hədis 382: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, beləisə, onu mühüm işlər üçün saxla.†Hədis 383: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.†Hədis 384: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.†Hədis 385: Həzrət Əli (ə) buyurur: “Mö`min üçün ən qiymətli hədiyyə ölümdür.†Hədis 386: Həzrət Əli (ə) buyurur: “Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.†Hədis 387: Həzrət Əli (ə) buyurur: “Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.†Hədis 388: Həzrət Əli (ə) buyurur: “İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.†Hədis 389: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.†Hədis 390: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.†Hədis 391: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.†Hədis 392: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez tə`sir göstərər.†Hədis 393: Həzrət Əli (ə) buyurur: “Dua mö`minin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.†Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: “Bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.†Hədis 395: İmam Baqir (ə) buyurur: “Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.†Hədis 396: İmam Baqir (ə) buyurur: “Mö`min mö`minin yetmiş böyük günahını örtməyə borcludur.†Hədis 397: Həzrət Əli (ə) buyurur: “Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.†Hədis 398: İmam Baqir (ə) buyurur: “And olsun Allahaki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.†Hədis 399: İmam Sadiq (ə) buyurur: “Yanına gəlmiş mö`min qardaşını əziz tutub, hörmət edən kəs Allahı əziz tutmuşdur.†Hədis 400: İmam Sadiq (ə) buyurur: “Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.†|