www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [361-381]

Məsumların nurlu kəlamlarından 500 hədis [361-381]


9 sentyabr 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis [361-381]

Hədis 361: Həzrət Əli (ə) buyurur: “Dini olmayan zahidlər çoxdur.”

Hədis 362: Həzrət Əli (ə) buyurur: “Göz korluğu bəsirət korluğundan yaxşıdır.”

Hədis 363: Həzrət Əli (ə) buyurur: â€œİşin savabı ona çəkilən əziyyət qədərdir.”

Hədis 364: Həzrət Əli (ə) buyurur: â€œİşi sonraya saxlamaq tənbəllik əlamətidir.”

Hədis 365: Həzrət Əli (ə) buyurur: “Gəncliyindən qocalmamış, sağlamlığındanda xəstələnməmiş istifadə et.”

Hədis 366: Həzrət Əli (ə) buyurur: “Allah qorxusundan ağlamaqla günahlar yuyular.”

Hədis 367: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.”

Hədis 368: Həzrət Əli (ə) buyurur: “Əfv etmək vasitəsilə rəhmət nazil olar.”

Hədis 369: Həzrət Əli (ə) buyurur: “Xoş xasiyyət ruzini artırır.”

Hədis 370: Həzrət Əli (ə) buyurur: “Dua vasitəsi ilə bəla aradan qalxar.”

Hədis 371: Həzrət Əli (ə) buyurur: “İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.”

Hədis 372: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Var-dövlətinə yox, ömrünə xəsis ol.”

Hədis 373: Həzrət Əli (ə) buyurur: â€œİşə başlamazdan qabaq məsləhət et.”

Hədis 374: Həzrət Əli (ə) buyurur: “Dalaşanda barışığa yer qoy.”

Hədis 375: Həzrət Əli (ə) buyurur: “Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.”

Hədis 376: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, insanların dünya və axirətdə ağaları səxavətli insanlardır.”

Hədis 377: Həzrət Əli (ə) buyurur: “Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.”

Hədis 378: Həzrət Əli (ə) buyurur: “Uzaq görənlik odur ki, Allaha itaət, nəfsə qarşı isə itaətsizlik edilsin.”

Hədis 379: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, sən axirət üçün yaradılmısan, onun üçün də çalış.”

Hədis 380: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.”