www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [341-360]

Məsumların nurlu kəlamlarından 500 hədis [341-360]


8 sentyabr 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis [341-360]

Hədis 341: Həzrət Əli (ə) buyurur: “Çox yeməklə sağlamlıq bir araya sığmaz.”

Hədis 342: Həzrət Əli (ə) buyurur: “Söyüş söyən adam kimi həyasız yoxdur.”

Hədis 343: Həzrət Əli (ə) buyurur: “Günahdan pakolmaq kimi mürüvvət (kişilik) yoxdur.”

Hədis 344: Həzrət Əli (ə) buyurur: “Din qardaşı ac olan haldamö`min tox olmaz.”

Hədis 345: Həzrət Əli (ə) buyurur: “Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.”

Hədis 346: Həzrət Əli (ə) buyurur: “Fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.”

Hədis 347: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tə`rifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.”

Hədis 348: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.”

Hədis 349: Həzrət Əli (ə) buyurur: “Qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.”

Hədis 350: Həzrət Əli (ə) buyurur: “Sağlamlıq pəhrizdəndir.”

Hədis 351: Həzrət Əli (ə) buyurur: “Bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.”

Hədis 352: Həzrət Əli (ə) buyurur: “Büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.”

Hədis 353: Həzrət Əli (ə) buyurur: “Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.”

Hədis 354: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.”

Hədis 355: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.”

Hədis 356: İmam Baqir (ə) buyurur: “Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”

Hədis 357: Həzrət Əli (ə) buyurur: “Allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.”

Hədis 358: Həzrət Əli (ə) buyurur: “Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.”

Hədis 359: Həzrət Əli (ə) buyurur: “Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.”

Hədis 360: Həzrət Əli (ə) buyurur: “Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”