www.nice.az > İslam Dünyası > Dini şeir
Dini şeir8 sentyabr 2012. Müəllif: venera14 |
![]() Ay mənim örtülü hicablı qızım, Tutqun gecələrdə parlaq ulduzum, İstərdim səninçün nəsihət yazım, Sən Allahdan çəkin, ondan qorx qızım. Sən gülün qönçəsi hicab ləçəyin, Sənə bənzəri var gülün, çiçəyin, Hicab iffətidir sən tək qönçənin, Sən Allahdan çəkin, ondan qorx qızım. Deyirsən tənə ilə qarı deyirlər, Saçlarını boya sarı deyirlər, Ən azı şalvar gey barı deyirlər, Sən Allahdan çəkin, ondan qorx qızım. Soruşdum bəs nədən işin nataraz, Həm açıq-saçıq, hicablılar az? Aşkarda çox olan qiymətli olmaz, Sən Allahdan çəkin, ondan qorx qızım. Diqqət et daş-kəsək hər yerdə olar, Qiymətli cəvahir gizlində qalar, Dünya asilərlə, şeytanla dolar, Sən Allahdan çəkin, ondan qorx qızım. |