www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [321-340]
Məsumların nurlu kəlamlarından 500 hədis [321-340]6 sentyabr 2012. Müəllif: Menekşe |
![]() Hədis 321: Həzrət Əli (ə) buyurur: “Düşünmək kimi ibadət yoxdur.†Hədis 322: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Hər eşitdiyini danışmağın sənin yalançılığının sübutu üçün bəsdir.†Hədis 323: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Gizli sədəqə Pərvərdigarın qəzəbini söndürər.†Hədis 324: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Dilini saxlayan kəsin eyblərini Allah örtər.†Hədis 325: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Xalqın haqqını itirməyənlər Allaha ən çox şükür edənlərdir.†Hədis 326: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Harada olursansa ol, Allahdan qorx.†Hədis 327: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Mö`min az xərcli və qanedir.†Hədis 328: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Mö`minin şərəfi gecə oyaq qalmaq, izzəti isə xalqdan ehtiyacsızlıqdır.†Hədis 329: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Mö`min bir dəlikdən iki dəfə sancılmaz (səhvini təkrar etməz).†Hədis 330: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.†Hədis 331: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.†Hədis 332: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Az ne`mətə şükür etməyən, çoxa da şükür etməz.†Hədis 333: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Allah-Təala dua da israrlı olanı sevir.†Hədis 334: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.†Hədis 335: Həzrət Əli (ə) buyurur: “Nadanlıq kimi yoxsulluq yoxdur.†Hədis 336: Həzrət Əli (ə) buyurur: “Elm kimi şərəf yoxdur.†Hədis 337: Həzrət Əli (ə) buyurur: “Çox mülayim olan kəs peşman olmaz.†Hədis 338: Həzrət Əli (ə) buyurur: “Gözəl xasiyyət kimi yoldaş yoxdur.†Hədis 339: Həzrət Əli (ə) buyurur: “Əmmarə (pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.†Hədis 340: Həzrət Əli (ə) buyurur: “Vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.†|