www.nice.az > İslam Dünyası > Allahım mənə yox dedi...
Allahım mənə yox dedi...30 avqust 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Bizlər daim Allaha dua edərkən ondan sevgi, xoşbəxtlik, səbr, dözüm diləyirik. Daha sonra isə Allahın bizim arzularımızın yerinə yetməsi üçün yaratdığı şəraitə təəccüblənirik... 1. Mən Allahdan qürurumu almağı xahiş etdim, O isə «yox» dedi. O dedi ki, qüruru almırlar, ondan imtina etmək lazımdır. 2. Mən Allahdan yatağa məhkum olunmuş qızımı müalicə etməyi dilədim, Allah isə mənə «yox» dedi. O dedi ki, səbr əziyyətlərin nəticəsidir. Onu vermirlər, onu qazanmaq lazımdır. 3. Mən Allahdan mənə xoşbəxtlik nəsib etməsini dilədim, o isə «yox» cavabını verdi. Allahım dedi ki, «Mən sənə xeyir-dua verirəm», xoşbəxt olub-olmamaq isə sənin öz əlindədir. 4. Mən Allahdan məni ağrıdan, acıdan uzaq etməsini dilədim, o isə «yox» dedi. Allahım dedi ki, «ağrı, acı insanı dünya problemlərindən uzaqlaşdırır və Mənə yaxınlaşdırır.» 5. Mən Allahdan mənim başqalarını onun məni sevdiyi kimi sevməmi dilədim. Allahım dedi: " Nəhayət ki, sən nəyi diləmək lazım olduğunu bildin". 6. Mən Allahdan güc istədim, o mənə əziyyət göndərdi ki, mən bir az da möhkəmlənim. 7. Mən Allahdan müdriklik istədim, o mənə problemlər verdi ki, mən onlar üzərində düşünüm. 8. Mən Allahdan cəsarət istədim, o mənə təhlükə göndərdi. 9. Mən Allahdan sevgi istədim, o mənə ehtiyacı olanları göndərdi. 10.Mən səadət istədim, o mənə imkan yaratdı. Mən dilədiyim heç bir şeyi almadım. Mən mənə lazım olanları aldım. Allah mənim dualarıma diqqət yetirdi… |