www.nice.az > İslam Dünyası > Məhəmməd Peyğəmbər haqqında film çəkiləcək

Məhəmməd Peyğəmbər haqqında film çəkiləcək


18 noyabr 2009. Müəllif: krik
Məhəmməd Peyğəmbər haqqında film çəkiləcək

«Sülh elçisi» adlanacaq filmin çəkilişinə 150 milyon dollar xərclənəcək
Islamnews. ru saytı Qətərin “Alnoor Holdinqs” media-şirkətinin Məhəmməd peyğəmbər haqqında yeni filmin köməyi ilə “Qərbdə ıslam barədə yayılan səhv təsəvvürləri aradan qaldırmaq” niyyətində olduğunu bildirir.
Adı çəkilən şirkət ərəb dünyasında əyləncə industriyasını inkişaf etdirmək məqsədilə keçən il yaradılıb. Holdinqin rəhbərinin sözlərinə görə, peyğəmbər haqqında yeni filmin yaradılmasına ən yaxşı beynəlxalq istedadları cəlb edəcək. O, filmin prodüsserinin “Vlastelin koleç”, “Matriça” filmlərindən yaxşı tanış olan yəhudi əsilli amerikalı Barri Osborn olacağını bildirib. Filmdə əsas rolları ABŞ və Böyük Britaniya studiya və agentliklərinin toplayacağı ingilisdilli müsəlman aktyorları ifa edəcəklər.
“Məhəmməd peyğəmbərin anadan olmasından vəfatına qədər bütün həyatı filmdə nümayiş etdiriləcək”- deyə holdinqin rəhbəri Əhməd Abdulla əl-Mustafa bildirib.
“Əsas vurğu onun şəxsiyyətinin humanizmi üzərinə qoyulacaq”-deyə şirkət rəhbəri davam edib. Osborn özü isə film barəsində “mədəni və dini maneələri dağıdan beynəlmiləl epik layihə” kimi danışıb. 25-30 ay davam edəcək filmin ilk çəkilişlərinin 2011-ci ildə başlaması nəzərdə tutulur. Film ingilis dilində çəkiləcək və 150 milyon dollara başa gələcək. Bu layihənin ən mürəkkəb tərəflərindən biri budur ki, islam ənənələri peyğəmbərin təsvirini verməyi qadağan etdiyi üçün filmin baş qəhrəmanı ekranda görünməyəcək. Ssenarinin yazılmasına, çəkiliş və səhnələrin hazırlanmasına ümümi nəzarəti Islam Alimlərinin Beynəlxalq Ittifaqının sədri Şeyx Yusif Kardavinin başçılıq etdiyi müşahidə komitəsi həyata keçirəcək.