www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [301-320]

Məsumların nurlu kəlamlarından 500 hədis [301-320]


9 avqust 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis [301-320]

Hədis 301: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Allahı daha yaxşı tanıyan Ondan daha çox qorxar.”

Hədis 302: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır.”

Hədis 303: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Möminlər bağışlayan və mülayimdirlər.”

Hədis 304: Həzrət Həsən (ə) buyurur: “Bir-biri ilə məşvərət edən xalq kamala yetişər.”

Hədis 305: İmam Həsən (ə) buyurur: “Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə.”

Hədis 306: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Gizli dua aşkar duadan yetmiş dəfə tə`sirlidir.”

Hədis 307: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Vacib namazı vaxtı keçdikdən sonra qılan şəxs qiyamət günü mənim şəfaətimə nail olmaz.”

Hədis 308: Həzrət Əli (ə) buyurur: “Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.”

Hədis 309: Həzrət Əli (ə) buyurur: “Dünyada əldə etdiklərin üçün o qədər də sevinmə.”

Hədis 310: Həzrət Əli (ə) buyurur: “Dünyada əlindən çıxanlara görə o qədər də qəm yemə.”

Hədis 311: Həzrət Əli (ə) buyurur: “Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”

Hədis 312: Həzrət Əli (ə) buyurur: “Hər nəfəs ölümə doğru atılan bir addımdır.”

Hədis 313: Həzrət Əli (ə) buyurur: “Sənə ən yaxın olan düşmən öz nəfsindir.”

Hədis 314: Həzrət Əli (ə) buyurur: “Yəqin üzündən olan yuxu şəkklə qılınan namazdan yaxşıdır.”

Hədis 315: Həzrət Əli (ə) buyurur: “Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.”

Hədis 316: Həzrət Əli (ə) buyurur: “Bəsirət kor olanda gözün görməyi faydasızdır.”

Hədis 317: Həzrət Əli (ə) buyurur: “Tam bilmədiyin şeyi danışma.”

Hədis 318: Həzrət Əli (ə) buyurur: “Sınaqdan çıxarmamış dosta e`timad etmə.”

Hədis 319: Həzrət Əli (ə) buyurur: “Bir şəxsdən bilmədiyi bir şey barəsində soruşulsa, “bilmirəm” deməyə əsla utanmamalıdır.”

Hədis 320: Həzrət Əli (ə) buyurur: “Əsla, Qur`andan başqa yerdə şəfa axtarmayasınız, çünki Qur`an bütün dərdlərin şəfasıdır.”