www.nice.az > İslam Dünyası > Balacaların dilindən...
Balacaların dilindən...9 avqust 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Fatma Nur (6 yaş): Peyğəmbər Əfəndimizi şokoladdan belə daha çox sevirəm. Aişə Nur (6 yaş): Peyğəmbər Əfəndimiz yanımda olsaydı ONA sirlərimi söyləyərdim. Çünki O sirlərimi kimsəyə söyləməz. Mustafa Səid (5 yaş): Peyğəmbər Əfəndimizi yuxumuzda görə bilmək üçün ONun adını dəftərə yaza bilmək lazımdır. Şeyma (6 yaş): "Məhəmməd Mustafa" yəni peyğəmbərimiz deyincə mən çox kədərlənirəm. Çünki O, yuxuma heç gəlmir, həmişə pis insanlar gəlir. Nə olar Peyğəmbərim sən gəl, pis insanlar gəlməsin! Esra Nur (5 yaş): İndi biz burada yoldaşımıza pis bir şey söyləsək Peyğəmbər Əfəndimiz eşidər və cənnətə getdiyimiz zaman bizi qarşılamaz. Aişə Serra (5 yaş): Yatınca həmişə Peyğəmbər Əfəndimizi düşünürəm. Ehh kaş ki yanımda olsaydı! Süleyman (6 yaş): Peyğəmbər Əfəndimiz mənim həmişə yanımda otursun. Mən də ONun qucağında yatım. Çünki ONU çox sevirəm, həm də çox darıxıram. Əhməd Hüsrev (6 yaş): Peyğəmbər Əfəndimiz yanımda olsaydı ONunla birlikdə Quran öyrənərdim. Çünki O çox gözəl Quran öyrədər uşaqlara. Ömər (6 yaş): Məncə Peyğəmbər Əfəndimiz hər kəsi xəbərdar etmək üçün gəlmiş dünyaya. Pislik etməmələri üçün. Onsuz da pislik edənlər Peyğəmbərimizi sevmirdir. Mən pislik etmirəm çünki Peyğəmbərimizi çox sevirəm. Beyza (6 yaş): Peyğəmbər Əfəndimizin ölməsini istəmirəm amma vəfat etmiş. Ona görə ONA yalnız dua edirəm gecələri. ALLAHım, nə olar Cənnətdə Əfəndimizi görüm! Yunus Emre (5 yaş): Peyğəmbər Əfəndimiz bu dünyaya bizi görmək üçün gəlmişdir. Pislərə "yaxşı olun!" demişdir, amma bəziləri yaxşı olmuşdur,bəziləri olmamışdır. Kaş ki bir daha gəlsə, onu çox sevirəm! Gamze (5 yaş): Peyğəmbərimizə pis söz söyləməmək lazımdır. Əgər söyləsək Peyğəmbərimiz bizi sevməz, O sevməzsə ALLAH da sevməz. İlayda (6 yaş): Peyğəmbər Əfəndimiz mələk kimi bir insandır. Çünki Cənnətdə yaşayır. Həm uşaqları sevdiyi üçün də ona mələk deyirəm. Büşra (6 yaş): Peyğəmbərimizi çox sevirəm. Çünki O mənə yaxşılıq edir. Məni Cənnətə aparır. O olmasaydı mən necə Cənnətə gedərdim, ALLAH qorusun. Talha (6 yaş): Peyğəmbər Əfəndimizi görə bilmək üçün Cənnətə getmək istəyirəm. Və ONunla orada yaşamaq istəyirəm. Əli Səid (6 yaş): Peyğəmbər Əfəndimiz məni yaxşı etsin. Amma məni Cənnətdə yaxşı edə bilər. Çünki dünyada yox. Eee mən də Cənnətdə yaxşı olacağam artıq! |