www.nice.az > İslam Dünyası > Qiyamət...[9]
Qiyamət...[9]9 avqust 2012. Müəllif: Menekşe |
![]() İlkin dövrlərdə məscidlərin bəzəyi əsas etibarilə ora gələn saf qəlbli insanlar, həqiqi möminlər olub. Zahiri görkəm isə ikinci, üçüncü planda olub. Bir sıra hədislərdə bildirilir ki, zaman gələcək, məscidin zinəti zahiri bərbəzəklər olacaq və məscidə verilən önəm ora gələnlərlə deyil, bərbəzəklərlə ölçüləcək. Hədislərdə, həmçinin, bütün bunların Qiyamət əlamətlərindən olduğu açıqlanır. Bir zamanlar müsəlmanların da öz məscidlərini yəhudilərin və xaçpərəstlərin etdikləri kimi bəzəyəcəkləri haqqında xəbər verilir. Günümüzdə bir çox belə halların şahidi oluruq. İnsanları məscidin mənəvi ab-havasından, ora gələn insanların imanından-təqvasından daha çox, ibadət evinin bərbəzəyi düşündürür... Quran da ilahi kəlamları öyrənmək və onlara əməl etmək, öz həyatlarını onun əsasında qurub dünya və axirət səadətinə nail olmaq üçün oxunurdu. Bu ilahi kitabın mənəvi gözəlliyi göz önünə alınırdı. Lakin hazırda daha çox Quranın zahiri bəzəyi və onun avazla, gözəl səslə oxunuşu, daha dəqiq desək, içində buyurulanlar deyil, oxuyanın səsi və oxuma məharəti dəyər kimi qəbul edilir. |